“Formula 1”də start düzülüşü müəyyənləşdi

   “Formula 1”də start düzülüşü müəyyənləşdi
  28 Aprel 2023    Oxunub:1496
Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna yekun vurulub.
AzVision.az xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
Yarışı “Ferrari”nin pilotu Şarl Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen və Serxio Peres ilk üçlüyü tamamlayıblar. Beləliklə, Azərbaycan Qran-Prisinin start düzülüşü bəlli olub.

Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər.

Pilotlar Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll "Aston Martin" komandasının idman şərəfini qoruyurlar.

AzVision.az


Teqlər:





Xəbər lenti