Vardanyanın 2 pasportu və tapançasını oğurladılar

   Vardanyanın    2 pasportu və tapançasını    oğurladılar
  29 Aprel 2023    Oxunub:1326
Ermənistan İstintaq Komitəsinin İrəvan üzrə keçmiş rəhbəri Mher Vardanyanın avtomobilindən oğurluq edilib. Naməlum şəxs Vardanyanın tapançasını və digər mühüm sənədlərini götürüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın kriminal xəbər saytı olan "Shamshyan" məlumat yayıb.

Qeyd edilir ki, hadisə SAS supermarketinin qarşısında baş verib.

"Cinayətkar maşının qapısını açaraq oğurluq edib. Vardanyan hüquq-mühafizə orqanlarına bildirib ki, avtomobildən içərisində 8 patron olan CZ 75B tapançası, 2 pasport, silahdan istifadəyə dair icazə sənədi, bank kartları, hərbi bilet və təxminən 6,5 min dollar olan çanta oğurlanıb", - nəşr yazıb.

Qeyd edək ki, Vardanyan 2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına kimi İrəvan şəhəri üzrə İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Oğurluq  





Xəbər lenti