"Formula 2": Bakıdakı sprint yarışın qalib bəlli oldu - YENİLƏNİB

  "Formula 2":   Bakıdakı sprint yarışın qalib bəlli oldu -  YENİLƏNİB
  29 Aprel 2023    Oxunub:2217
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı yekunlaşıb.
AzVision.az xəbər verir ki, "Prema Racing"dən Oliver Bearman qalib olub.

"Prema Racing"dən Frederik Vesti ikinci, "Hitech"dən Jak Kroufurd üçüncü yeri tutub.

Sonlara yaxın zərcirvari qəza baş verib və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib.

***
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında üç pilot mübarizəni dayandırıb.

AzVision.az xəbər verir ki, "Van Amersfoort Racing" konandasından Riçard Verşur, "Campos Racing"dən Ralf Boşunq və "Rodin Carlin"dən Zeyn Meloni sıradan çıxıblar.

***
"2023 Formula 1 Azərbaycan Qran Prisi" çərçivəsində "Formula 2" komandalarının birinci sprint yarışı başlayıb.

AzVision.az xəbər verir ki, 50 dəqiqə davam edəcək.

Qeyd edək ki, ötən gündən "2023 Formula 1 Azərbaycan Qran Prisi" start götürüb. 28-30 aprel tarixlərində keçirilən yarışın 1-ci günündə "Formula 1" və "Formula 2" komandalarının sərbəst yürüşləri və sıralama turu keçirilib.

Yarışın 2-ci günü, yəni aprelin 29-da "Formula 1" komandalarının 2-ci sərbəst yürüşü və "Formula 1" və "Formula 2" komandalarının qısa sprint yarışları baş tutacaq. Əsas yarışlar isə aprelin 30-da keçiriləcək, "Formula 1" və "Formula 2" üzrə qaliblər müəyyən ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti