Fərid Qayıbov: ""Formula 1" daha üç il azarkeşlərimizi həyəcanlandıracaq"
Nazir bildirib ki, Bakıda təşkil olunan son altı yarışda ən yaxşı və ən dramatik anlar yaşanıb. "Növbəti üç il ərzində yerli və əcnəbi F-1 azarkeşləri gözəl anlar yaşayacaqlar. 100-dən çox ölkədən rekord sayda azarkeşi qəbul etdiyimiz yarış həftəsonuna təsadüf etdi. Bunu xüsusi əhəmiyyətli etmək üçün bu günü seçdik".
Qeyd edək ki, Azərbaycan Qran-Prisi 2026-cı ilədək "Formula 1" təqvimində qalacaq. Bu barədə tərəflər arasında müqavilə imzalanıb.
AzVision.az
Teqlər: