Türkiyənin milli döyüş təyyarəsinin adını Dövlət Baxçalı veribmiş - VİDEO

Türkiyənin milli döyüş təyyarəsinin adını Dövlət Baxçalı veribmiş -  VİDEO
  01 May 2023    Oxunub:4887
“Milli döyüş təyyarəmizin adı “Kaan”dır”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “İstiqbalın əsri” Tanıtım Proqramında çıxışı zamanı deyib.

"Hal-hazırda "Hürjet" və "Kaan"-ımız qarşımızdadır. Ölkəmizə xeyirli olsun. Bu veriliş vasitəsi ilə 15 iyul şəhidlərimizi rəhmətlə yad edirəm.

Bu gün biz müdafiə və aviasiya sahəsində daha bir tarixi günlərimizi yaşayırıq. Biz bütün sahələrdə, quruda, havada, kosmosda varıq. Bu günləri bizə göstərdiyi üçün Rəbbimə şükür edirəm.”, - deyə o bildirib.

Ərdoğanın sözlərinə görə, təyyarəyə "Kaan" adını MHP sədri Dövlət baxçalı verib.

"İndi bunlar kimisə çox narahat edəcək. Başqa layihələrimiz haqqında nə dediklərini bilirsiniz. Bunlara da maket deyəcəklər. Hər bir uğurumuzdan, suyun o tayındakılar narahatdır. Qüsurumuza baxmasınlar, amma biz onları narahat etməyə davam edəcəyik.

Biz türk millətiyik, "Kaan" və "Hürjet" belə onları ümid etdikləri yuxulardan ayıltmağa yetər. Buradakı coşqu kimisə əsəbiləşdirirsə, deməli, düz yoldayıq. Daha çox işlər görmək üçün daha çox çalışacağıq".



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti