Azərbaycan çempionatında biabırçılıq - Ofsayd xətti əyri çəkildi +VİDEO

   Azərbaycan çempionatında biabırçılıq -    Ofsayd xətti əyri çəkildi +VİDEO
  02 May 2023    Oxunub:1486
Azərbaycan Premyer Liqasının 32-ci turunda baş tutan “Zirə” – “Turan Tovuz” oyunu qalmaqalla yadda qalıb.
AzVision.az xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində meydan sahibləri qol vursa da, baş hakim Rauf Cabbarov ofsayd qərarı verib.

Lakin epizodun təkrarında ofsaydın olmadığı aşkar görünür. Maraqlıdır ki, buna baxmayaraq referi VAR-da təkrara baxmır və qərarı qüvvədə saxlayır.

Daha bir maraqlı məqam odur ki, həmin epizodda VAR tərəfindən ofsayd xətti əyri çəkilir. Bu da etirazlara səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti