Talıb Zeynalov dünya çempionu oldu

Talıb Zeynalov dünya çempionu oldu
  03 May 2023    Oxunub:3751
Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının İdman Komitəsinin sədri dünya çempionu olub.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-poverliftinq idman növü üzrə milli komandasının üzvü, TAİB GT- nin İdman komitəsinin sədri Talıb Zeynalov Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda +107 kq çəki dərəcəsinin "gənc idmançılar" kateqoriyasında 146 kq nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Talıb Zeynalov böyüklər arasında 146 kq ilə yarışı 5-ci pillədə tamamlayıb.
Qeyd edək ki, Talıb Zeynalov Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsinin II kurs tələbəsidir.

AzVision.az



Teqlər:





Xəbər lenti