Metsamor Ərdəbildə xərçəngin surətlə yayılmasına səbəb olub - VİDEO

  Metsamor Ərdəbildə xərçəngin surətlə yayılmasına səbəb olub  - VİDEO
  04 May 2023    Oxunub:1557
Ərdəbil Tibb Elmləri Universitetinin Səhiyyə məsələləri üzrə prorektoru, doktor Məhəmməd Cəfərzadə diqqət çəkən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, müsahibəsində Ərdəbilin əyalətlər arasında mədə xərçənginə görə birinci yerdə olduğunu deyib.

Amma Cəfərzadə bu əyalətdə mədə xərçənginin geniş yayılmasının səbəblərini qeyd etməyib.

"Azad İran" teleqram kanalının yazmasına görə, araşdırmalar göstərir ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (AES) tullantı sularının Araza axıdılması nəticədə çayın suyu təhlükəli şəkildə çirklənir. Çirklənmiş sularla əkin sahələrinin suvarılması isə Araz çayının cənub sahillərindəki bölgələrdə xərçəng xəstəliyinin yayılmasına səbəb olur.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ərdəbil   Metsamor  





Xəbər lenti