Bildirilib ki, mayın 4-də Zahidandan olan Nurəhməd Zaruji (Nahtani) barəsində çıxarılan ölüm hökmü icra edilib. O, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham olunub. Məlumata görə, edam olunan bəluclar narkotik maddələrin qanunsuz ticarəti, qətl maddələrinə əsasən edama məhkum ediliblər.
Müşahidəçilər və hüquq müdafiəçiləri bunun Tehran rejiminin Sistan-Bəluçistan fəallarına qarşı kampaniya olduğunu bildiriblər.
Onların qənaətincə, hakimiyyət bu yolla bəlucları qorxutmaq və mübarizədən çəkindirmək istəyir.
Məlumata görə, ölkənin müxtəlif zindənlarında son 7 ayda 123 etnik bəluç edam olunub. Onlar hakimiyyətə qarşı kütləvi etirazlara qatılıblar.
Tural Tağıyev
AzVision.az