İranda yeni Məhsa Əmini hadisəsi yaşanır - VİDEO

   İranda yeni Məhsa Əmini hadisəsi yaşanır    - VİDEO
  05 May 2023    Oxunub:2204
İranda hicab qalmaqalları davam edir. AzVision.az xəbər verir ki, sosial şəbəkələrin İran seqmentində hicab qaydalarının pozulmasına görə küçədə bir qıza qarşı zorakılıq tətbiq olunmasını əks etdirən yeni görüntülər yayılıb.
"Azad İran" Teleqram kanalının yaydığı məlumatda deyilir ki, "Molla rejiminin repressiv qüvvələri hicaba görə gənc qızı zorakılıqla həbs ediblər. İranda yeni Məhsa Əmini hadisəsi yaşanır".

İranda daha bir hicab qalmaqalı - Aktrisalara cinayət işi açıldı - FOTO
Xatırladaq ki, ötən ilin sentyabrın 16-da Məhsa Əmini adlı qadın hicabı düzgün taxmaması səbəbindən əxlaq polisi tərəfindən qətlə yetirilmişdi. Bundan sonra ölkədə aylarla davam edən kütləvi etiraz və iğtişaşlar başladı. İranın güc strukturları etirazçılara qarşı zorakılıqlar tətbiq edirdi, mitinqlərə qoşulanlar isə kütləvi şəkildə həbsə atılırdı. Son aylarda mitinqlər səngisə də, İranda xalqın narazılıq dalğası tam aradan qalxmayıb.



AzVision.az



Teqlər:   İran   Hicab  





Xəbər lenti