Güney Azərbaycanda Xameneyinin banerini yandırdılar - VİDEO

   Güney Azərbaycanda Xameneyinin banerini yandırdılar    - VİDEO
  05 May 2023    Oxunub:1476
İranda növbəti dəfə ali dini lider Ayətullah Əli Xameneyiyə aid baner yandırılıb.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin İran seqmentində məlumat yayılıb. "Azad İran" Teleqram kanalı yazır ki, hadisə Güney Azərbaycanın Qəzvin əyalətinin Abik şəhərində olub.

Tehran, Buşehr, İsfahan və Gəçsaranın məhkəmə binaları partladıldı - VİDEO
"Xameneyinin baneri inqilabçı gənclər tərəfindən yandırıldı", - paylaşımda yazılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Xameneyinin foto və banerlərinin yandırılması isə artıq adi hala çevrilib.

AzVision.az



Teqlər:   İran   Xameneyi  





Xəbər lenti