Barmaqlarımızı şaqqıldadanda niyə səs çıxır?

   Barmaqlarımızı şaqqıldadanda niyə səs çıxır?
  05 May 2023    Oxunub:2673
Barmaqları şaqqıldatmaq sümüklərə heç bir ziyan vurmur.
AzVision.az xəbər verir ki, bu barədə həkim-nevroloq Qalib Əsədov məlumat verib.

Onun sözlərinə görə, barmaqların şaqqıldadılmasının artrit və ya gələcəkdə əllərin əsməsinə səbəb olması fikirləri tamamilə yanlışdır və heç bir elmi əsası yoxdur: "Bizim eşitdiyimiz şaqqıltı səsi sadəcə oynaq daxili mayede olan qazların təzyiqin azalması nəticəsində partlamasıdır. Oynaqda maye var. Barmağımızı dartdıqda təzyiq azaldığı üçün həmin mayedə həll olmuş qazlar qabarcıqlar şəklində formalaşır".
AzVision.az


Teqlər:





Xəbər lenti