Funksioner təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: "Qardaş ölkəmiz bizi çox yaxşı qarşıladı. Azərbaycan və Türkiyə qarşıdakı illərdə də birlikdə möhtəşəm tədbirlərdə iştirak edəcək".
Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı da təşkilatçılara təşəkkür edib: "Mingəçevirdə, Şuşada və Qarabağda olduğumuz üçün çox xoşbəxtik. Bütün təşkilatçılara təşəkkür edirəm. Azərbaycandakı yarışda ötən illə müqayisədə iştirakçı ölkələrin sayı artıb. Biz qardaş ölkəyik. Türkiyə idmançıları da burada yaxşı çıxış edirlər".
![](https://azvision.az/photos/2023/05/1683362453.jpg)
AzVision.az