İnqilabçı gənclər SEPAH-ın Mühafizə Qərargahını yandırdılar - VİDEO

   İnqilabçı gənclər SEPAH-ın Mühafizə Qərargahını yandırdılar    - VİDEO
  08 May 2023    Oxunub:1653
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid daha bir strateji obyektə hücum olub.
AzVision.az xəbər verir ki, Tehranın Bəharistan bölgəsində yerləşən SEPAH-ın Mühafizə Qərargahı inqilabçı gənclər tərəfindən yandırılıb.

Sepahın təlim mərkəzi partladıldı: 2 nəfər ölüb -VİDEO
Belə ki, son bir həftə ərzində 23 etnik bəluç gəncin molla rejimi tərəfindən edam olunmasına cavab olaraq, Tehran əyalətində yerləşən SEPAH-ın "Seyyid əş-Şühəda" Korpusuna bağlı Bəsic qüvvələrinə məxsus "Əbülfəzl" bazası ardıcıl partlayışlara məruz qalaraq yanıb.

Mayın 3-də isə Semnan əyalətinin Damqan şəhəri ətrafında olan SEPAH təlim mərkəzində partlayış baş vermişdi. Nəticədə xeyli sayda ölü və yaralanın olduğu açıqlanmışdı.

AzVision.az



Teqlər:   İran   Partlayış   SEPAH  





Xəbər lenti