Deputat 30 illik həyat yoldaşından danışdı
Deputat hər il mayın 27-də həyat yoldaşına 17 dənə gül aldığını deyir:
“27 may 1984-cü ildə bacımın müəlliməsi ilə ilk dəfə söhbət etdik və ona " anamı sizə göndərmək istəyirəm" dedim. Düz 29 ildir bü günü xüsusi qeyd edirik, iki övladımız bu günün təfərrüatlarını incəliyinə qədər bilirlər. Düz 29 ildir hər 27 may günündə ona gül alıram, düz 17 dənə.
Niyə 17 dənə aldığımı bilmirəm, amma düz 17 dənə gül alıram. Düz 29 ildir hər 27 may günündə yoldaşım aldığım güllərə sevinclə baxandan sonra onları sayır. Gülləri niyə saydığını bilmir, amma sayır”-deyə A.Mirzəzadə qeyd edib.
Anar