"Atamın vəziyyəti ağırdır, gözləyirik" - Elxan Qasımovun qızı

   "Atamın vəziyyəti ağırdır, gözləyirik" -    Elxan Qasımovun qızı
  12 May 2023    Oxunub:2047
"Atamın vəziyyəti ağırdır. Hələ bir söz demək mümkün deyil".
Bunu AzVision.az -a açıqlamasında əməkdar artist, kinorejissor Elxan Qasımovun qızı Kəmalə Qasımova deyib.

Onun sözlərinə görə, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

"İrəliləyiş çox azdır. Həkimlər də dəqiq söz deyə bilmir".

Qeyd edək ki, E. Qasımov aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti