`Öpüm kölgən düşən mübarək yeri` - Azərbaycan bayrağına

`Öpüm kölgən düşən mübarək yeri` - Azərbaycan bayrağına
  28 May 2014    Oxunub:4748
Milli bayramımız olan Respublika Günümüzdə AzVision.az bayrağımız haqqında yazılan ən gözəl şeiri oxucularına təqdim edir.

Əhməd Cavad

"Azərbaycan bayrağına"

Türküstan yelləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üç rəngin əksini Quzğun dənizdən,
Ərmağan yollasın yara, bayrağım!

Gedərkən Turana, çıxdın qarşıma
Kölgən dövlət quşu qondu başıma!
Izn ver, gözümdə coşan yaşıma
Dinlətsin dərdini aha, bayrağım!

Qayı xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi
Gətirdin könlümə səfa, bayrağım!

Köksümdə tufanlar, gəldim irəli
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!


Teqlər:





Xəbər lenti