Komanda burada izdihamla qarşılanıb. Azərbaycandakı "Beşiktaş" azarkeşləri onlara dəstək olublar, şüarlar səsləndiriblər.
Qeyd edək ki, “Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
![](https://azvision.az/photos/2023/05/3-1683907124.jpg)
![](https://azvision.az/photos/2023/05/4-1683907159.jpg)
![](https://azvision.az/photos/2023/05/5-1683907202.jpg)
AzVision.az