Azərbaycan 12 xalı bu ölkəyə verdi

   Azərbaycan 12 xalı bu ölkəyə verdi
  14 May 2023    Oxunub:1680
Azərbaycan “Avroviziya 2023” beynəlxalq mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.

AzVision.az xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib. Mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni İTV-nin aparıcısı Nərmin Salmanova təqdim edib.

Azərbaycanlı tamaşaçılar Estoniyaya 1, Ukraynaya 2, Finlandiyaya 3, İsveçrəyə 4, Avstraliyaya 5, İtaliyaya 6, İspaniyaya 7, Albaniyaya 8, İsveçə 10 xal veriblər.

Qeyd edək ki, müsabiqədə Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti