“Qərb Güney Qafqazı Rusiyanın təsirindən çıxarmağa çalışır” - Alexander Rar

   “Qərb Güney Qafqazı Rusiyanın təsirindən çıxarmağa çalışır” -    Alexander Rar
  16 May 2023    Oxunub:2986
“ABŞ və Aİ öz sərmayələri, texnologiyaları, kreditləri və Qərb bazarına çıxış imkanları ilə Qafqaz ölkələrinə əl uzadırlar. Onlar Ermənistan və Azərbaycanı Rusiyanın təsirindən çıxarmağa çalışırlar”.
Bu sözləri AzVision.az -a almaniyalı politoloq Aleksandr Rar Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivlərini şərh edərkən deyib. Onun fikrincə, təkcə sülh müqaviləsinin imzalanması ilə Birləşmiş Ştatlar heç nə qazanmır. Onun bölgədə mövcud olmağa ehtiyacı var. Gürcüstanda hərbçiləri olsa da, amerikalıların orada baza açması müşküldür. Buna görə də Amerika NATO üzrə müttəfiqlərini Qafqazda sülhməramlı fəaliyyətə sövq edəcək.

Aleksander Rarın fikrincə, Rusiyanın dominantlıq etdiyi Avrasiya İqtisai İttifaqında vəziyyətin necə inkişaf edəcəyi də maraqlıdır. Çünki Mərkəzi Asiya yenidən Avropaya baxır. Birləşmiş Ştatlar Fars körfəzində sifətinə dəyən şilləni unutmaq fikrində deyil. Orada Çin diplomatiyası amerikalıları üstələdi (söhbət ərəblərlə farsların barışmasından gedir). Ona görə də hazırda ABŞ bütün gücünü postsovet məkanının cənubunda Çin və Rusiyanı cilovlamağa yönəldib.

“Rusiya Çindən inciməməlidir. Axı Çin “bitərəf” olduğunu, Moskva ilə Kiyev arasında bu statusda vasitəçilik etməyə hazır olduğunu bildirib. Çinə dünya siyasətində böyük dövlət kimi rolunun yüksək qiymətləndirilməsi vacibdir”, - A.Rar bildirib.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Diplomatiya   Geosiyasət   ABŞ  





Xəbər lenti