"Həmin müəllimlərin müqavilələrinə xitam verəcəyik" - Nazir

 "Həmin müəllimlərin müqavilələrinə xitam verəcəyik" -    Nazir
  16 May 2023    Oxunub:1353
"Bu il müəllimlərin sertifikatlaşdırılması davam edəcək. Artıq 33315 müəllimin məlumatı sistemə daxil edilib".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib. Onun sözlərinə görə, həmin müəllimlər növbəti mərhələdə cəlb olunacaq.

"Bu müəllimlərdən 5290 nəfəri 60 yaş üzərində olan müəllimlərdir. Milli Məclisin qanuna dəyişiklər təsdiqlənərsə, həmin müəllimlər könüllü əsasda sertifikatlaşmada iştirak hüququ qazanacaq".

Nazir qeyd edib ki, sertifikatlaşmada iştirak edən müəllimlərin 80-85 faizinin əmək haqlarında artım olacaq:

"Ötən il uğur qazanmayan 2803 müəllim üçün də sertifikatlaşma keçiriləcək. Onlardan 505 müəllim təlimlərdə iştirak etməkdən imtina edib. Bunun səbəbləri araşdırılır. Əgər uğur qazanmasalar, əmək müqavilələrinə xitam veriləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllim  





Xəbər lenti