Nazirdən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

   Nazirdən müəllimlərin maaşı ilə bağlı    AÇIQLAMA
  16 May 2023    Oxunub:1319
"Bizim niyyətimiz hansısa müəllimin əmək haqqısını kəsmək deyil. Müəllimin təhsili orta ixtisas təhsilidirsə, ona uyğun əmək haqqı alacaq".
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, 5881 nəfər tərbiyəçi müəllimin məktəqəbər təhsil sahəsi ali və orta ixtisas təhsilli olmadığı müəyyən edilib.

"Tərbiyəçi müəllimlərin əmək haqlarının diplomlara uyğunlaşdırılması həyata keçirilir. İxtisasartırma və yenidən hazırlanmaq nəzərə alınmaqla əmək haqqı artımına baxıla bilər".

Nazir bildirib ki, qanunvericiliyə dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 mindən çox pedoqoji heyətin sertifikasiyadan keçməsi nəzərdə tutulur.

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllim   maaş  





Xəbər lenti