Politik: "İrəvanda ailə hakimiyyəti qurulur, Akopyan Nikolun yerini tutacaq"

   Politik:  "İrəvanda ailə hakimiyyəti qurulur, Akopyan Nikolun yerini tutacaq"
  17 May 2023    Oxunub:2399
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan növbəti dəfə yerli medianın hədəfinə tuş gəlib. AzVision.az xəbər verir ki, "Politik.am" nəşri Akopyanla bağlı sensasiyalı yazı dərc edib.
Məqalə müəllifi iddia edir ki, Ermənistanın növbəti rəhbəri Paşinyanın arvadı ola bilər. Bunun üçün tutarlı şübhələr də yaranıb.

Paşinyan ailəsi reketçilik edirmiş: Akopyanın fondu ifşa olundu
Qeyd edilir ki, Akopyanın son zamanlardakı fəaliyyətinə görə onun ciddi siyasi ambisiyalarının olduğunu ehtimal etmək olar. Heç bir dövlət vəzifəsi olmayan şəxs dövlət başçıları, müdafiə nazirləri, beynəlxalq strukturların rəhbərləri ilə görüşür, hətta tez-tez təxribat xarakterli siyasi bəyanatlar verir, ordu və müharibə problemlərini təhlil edir. Bir sözlə, o özünü uzaqgörən, siyasi konsepsiyaları olan siyasətçi kimi aparır.

"Paşinyanın həyat yoldaşının belə aktiv fəaliyyəti şayiələr səviyyəsində olsa belə hakim partiya daxilində də müzakirələr üçün fürsətə çevrilir. Hətta partiyanın fəal qadın üzvləri məlum proseslərə qısqanclıqla yanaşırlar. Onlar Anna Akopyanı yaxşı tanıdıqları üçün öz aralarında olan müzakirələrdə əminliklə deyirlər ki, bütün bu gedişlər boşuna deyil", - məqalədə yazılıb.

Müəllif hətta siyasi elitada müzakirələrə səbəb olan qalmaqallı varislik iddiaları ilə bağlı hakim partiyanın xanım fəallarından birinin də fiirlərini öyrənib.

"Anna Akopyan çox iddialıdır və eyni zamanda onun maraqlarına uyğun olmayan bütün məsələlərə biganə yanaşır. Deyəsən, o, hansısa fors-major vəziyyətdə ərinin yerini tutacaq”, - adının açıqlanmasını istəməyən partiyanın fəal qadınlarından biri deyib.

"Politik.am"ın iddiaları və şübhələrinin əsaslı olmasını Paşinyanın inqilabla hakimiyyət kürsüsünə yiyələnməsindən sonra avtoritarizmə meyllənməsi də sübut edir. Hətta beynəlxalq təşkilatlar belə indiki baş nazirin Qarabağ klanını devirən zaman söz verdiyi demokratik dəyərləri tətbiq etməməsini dəfələrlə öz hesabatlarına salıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti