Şirkətdən 20 minlik inşaat materialları oğurlandı

Bildirilib ki, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 20 000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Aqil Nağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
AzVision.az
Teqlər: