Paşinyanı oğurlamağa çalışan qadın barəsində həbs qərarı çıxarıldı

   Paşinyanı oğurlamağa çalışan qadın barəsində    həbs qərarı çıxarıldı
  20 May 2023    Oxunub:1424
Ermənistanın baş nazir Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa çalışan Qayane Akopyan adlı qadın barəsində həbs qətimkan tədbiri seçilib.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat yayıb.

Bildirilir ki, ümumi yurisdiksiya məhkəməsi qərarı ilə o 1 ay müddətinə həbsdə olacaq.

Vəkil deyib ki, o, hakim Jora Çiçoyanın qərarından şoka düşüb, çünki proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub. Müttəhimin hökmlə bağlı apellyasiya şikayəti verəcəyi bildirilib.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.

AzVision.az



Teqlər: Həbs   Ermənistan  





Xəbər lenti