Ermənistanda əsgər valideyinləri oturaq aksiya keçirir

“Biz tez-tez fəaliyyət planımıza elə düzəlişlər edirik ki, addımlarımız Qayanaya zərər verməsin, bizim üçün onun vəziyyəti hər şeydən üstündür”, - Rostomyan bildirib.
Onun sözlərinə görə, valideynlər bütün gecəni hökumət binasının qarşısında keçiriblər və o, cəmiyyətin bir hissəsinin baş verənlərdən xəbərsiz olmasına təəccüblənir. Qeyri-müəyyən aksiyaya qoşulan hərbi-siyasi xadim Gevorq Gevorkyan jurnalistlərlə söhbətində baş verənləri biabırçılıq adlandırıb.
"Bizim üçün mərhum hərbçinin ailəsi həmişə müqəddəs olub və ona qarşı hörmətsiz münasibət biabırçılıqdır".
Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Əsgər Valideyin Ermənistan