43 yaşayış məntəqəsinə qaz verilib

AzVision.az xəbər verir ki, ilin birinci rübündə ölkə üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb. Yanvar-mart aylarında əhali kateqoriyasına aid 45279 yeni abonent təbii qazla təmin olunub ki, bunun da 35625-i regionların, 9654-ü isə Bakı şəhərinin payına düşüb.
Müvafiq dövr ərzində əhali kateqoriyasından olan abonentlərin mənzillərində ümumilikdə 173794 sayğac quraşdırılmış və ya əvəz olunub ki, bunun da 117206-sı “smart-kart” tipli sayğacdır. Birinci rübdə 2938,6 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, 903,18 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işlərib aparılıb.
Teqlər: