"Netflix" hesabın kənar şəxslərə pulsuz verilməsini qadağan etdi

   "Netflix" hesabın kənar şəxslərə pulsuz verilməsini qadağan etdi
  24 May 2023    Oxunub:1386
"Netflix" ailəyə üzv olmayan şəxslərlə hesabın pulsuz bölüşdürülməsinə icazə verməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

""Netflix" hesabı bir ev təsərrüfatı tərəfindən istifadə olunmaq üçün nəzərdə tutulub. Ailənin hər bir üzvü olduğu yerdə - evdə, yolda, tətildə - "Netflix"dən zövq ala bilər və profilin ötürülməsi, giriş və cihazın idarə edilməsi kimi yeni funksiyalardan yararlana bilər”, - deyə məlumatda deyilir.

Bununla belə, başqa şəxslə hesabı paylaşmaq mümkündür, lakin bunun üçün ayda əlavə 7,99 dollar ödənməlidir. Bir istifadəçi üçün standart paket isə ayda 15,49 dollardır.

AzVision.az


Teqlər:





Xəbər lenti