Məşhur türkiyəli müğənninin Bakı konsertinə sayılı günlər qaldı

 Məşhur türkiyəli müğənninin  Bakı konsertinə sayılı günlər qaldı
  25 May 2023    Oxunub:2511
Mayın 27-də Heydər Əliyev Sarayında türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman konsert proqramı ilə çıxış edəcək.
AzVision.az xəbər verir ki, sevilən müğənni Heydər Əliyev Sarayında öz repertuarında olan məşhur və yeni mahnıları ilə pərəstişkarlarının qarşısına çıxacaq. Konsert "EMKİ events"in təşkilatçılığı ilə baş tutacaq.

Rafet El Roman Gəncədə izdihamla qarşılandı - VİDEO
Qeyd edək ki, artıq sənətçinin konsertinə az sayda bilet qalıb. Biletləri şəhərin bütün kassalarından, ASAN xidmət mərkəzlərindən, “Gənclik mall”, “28 mall”, “Park Bulvar” ticarət mərkəzlərindən “iTicket.Az” saytından onlayn əldə edə bilərsiniz.

Xatırladaq ki, "Gönül yarası", "Bana sen lazımsın", "Senden sonra", "Sürgün" və digər hitləri ilə könülləri fəth edən türkiyəli sənətçi əvvəllər də Bakıda və Gəncədə pərəstişkarları üçün konsert proqramı ilə çıxış edib.

Aygün Xankişiyeva
AzVision.az



Teqlər:   Konsert   Pop   Rafet-El-Roman  





Xəbər lenti