Məşhur dizaynerin Bakıda moda göstərisi -FOTOLAR

Məşhur dizaynerin Bakıda moda göstərisi -FOTOLAR
  29 May 2014    Oxunub:4267
Məşhur fransız dizayneri Rolan Mure mayın 23-də Bakıya gəlib. Onun “Payız-Qış 2014” kolleksiyasının nümayişi moda həvəskarları üçün vacib hadisə olub.
AzVision.az “buro247.az” saytına istinadən xəbər verir ki, həmin gün kutyurye şəxsən mağazanın önündə, Le Palais Royal stilində dekorasiya edilmiş meydançada qonaqları qəbul edib. Fransız duetinin musiqi sədaları altında qonaqlara növbəti mövsümün son kolleksiyası nümayiş olunub.

Roland Mouret brendi Hollivud ulduzlarının ən sevimli markalarından biridir. Moda evi 1998-ci ildə keçmiş model Rolan Mure tərəfindən yaradılıb. Günəşli Bakının gözəlliyinə heyran olan dizayner təəssüratlarını jurnalistlərlə bölüşüb: “Bu, Bakıya ilk səfərimdir. Mən yeni ölkələrə səfər etməyi çox sevirəm. Bəxtim gətirdi ki, belə bir şəhərə səfər edə və buradan ilhamlana bildim”.

Xatırladaq ki, nümayişdə Heydər Əsədovun qızı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşı da iştirak edib.

Qalereya




Teqlər:  





Xəbər lenti