Türkiyəli müğənni Bakıda konsert verəcək

Türkiyəli müğənni Bakıda konsert verəcək
  06 İyun 2024    Oxunub:5724
Türk pop musiqisinin məşhur ifaçısı olan Gökhan Özən Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək
AzVision.az xəbər verir ki, ötən ilin dekabr ayında 3000-dən çox tamaşaçıya 3 saat ərzində yüksək performans nümayiş etdirən müğənni 6 İyul tarixində yenidən sevənlərinin görüşünə gələcək. Türkiyə ilə yanaşı Azərbaycanda da sevilən və xeyli sayda pərəstişkarı olan sənətçi Yaşıl Teatrda öz repertuarından məşhur və yeni mahnıları ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Gecədə müğənni “Vah vah”, “Budala”, “Benim için ne yapardın?”, “Benden sorulur”, “Aramazsan arama” kimi bir-birindən gözəl mahnılarını səsləndirəcək.

Qeyd edək ki, konsert “Event Office”in təşkilatçılığı, "BANTİK" mağazalar şəbəkəsinin baş sponsorluğu ilə həyata keçiriləcək.

Biletləri iTicket.az saytında onlayn və BANTİK mağazalarından alış-veriş edərək əldə edə bilərsiniz.

Aygün Xankişiyeva
AzVision.az


Teqlər: Konsert   GökhanÖzen  





Xəbər lenti