“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu oldu
![“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu oldu
“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu oldu](https://azvision.az/photos/2023/05/1685473718.jpg)
Xallarının sayını 82-yə yüksəldən “cim-bom” ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal qabaqlayır. “Bülbüllər” son matçda qalib gəlsə belə, liderə çata bilməyəcək.
Bununla “Qalatasaray” həm də 4 illik çempionluq həsrətinə son qoyub. “Aslan” axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.
Qeyd edək ki, “Qalatasaray” cari mövsümün son oyununu iyunun 4-də öz meydanında məhz “Fənərbağça”ya qarşı keçirəcək.
AzVision.az
Teqlər: