Rəhman Rəhmanov əməliyyat olundu

   Rəhman Rəhmanov əməliyyat olundu
  31 May 2023    Oxunub:1327
Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.
AzVision.az xəbər verir ki, bu barədə aktyor qonaq olduğu "Elgizlə izlə" verilişində deyib. Uroloji problemdən əziyyət çəkən aktyor ötən günlərdə əməliyyat olunduğunu bildirib:

“Sırağa gün əməliyyat olundum. Dünən isə xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu verilişə. Bu, heç də asan əməliyyat deyil. Əməliyyat otağında oğlum Emilin mahnıları səslənirdi. Elə onun mahnıları fonunda əməliyyat olundum. Böyrəyimdən çıxarılan daşları da mənə verdilər. O daşları özümlə evə aparıb pilləkən tikəcəyəm, elə buna pulum çatmırdı (gülür)".

AzVision.az


Teqlər: RəhmanRəhmanov  





Xəbər lenti