Türkiyəli taekvondoçu Bakıda dünya çempionu olub

Türkiyəli taekvondoçu Bakıda dünya çempionu olub
  31 May 2023    Oxunub:1085
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
Azərbaycan Taekvondo Federasiyasından AzVision.az -a verilən məlumata görə, döyüşlərin yekununa əsasən daha 3 çəki dərəcəsində mükafatçılar bəlli olub.

Kişilər arasında 80 kq-da italiyalı Simone Alessio qızıl medal qazanıb. O, finalda ABŞ təmsilçisi Karl Alan Nikolasa qalib gəlib. Misirli Seif Eyissa və kolumbiyalı Migel Treyos 3-cü yeri tutublar.

87 kq-da mundialın ən güclüsü cənubi koreyalı Çanqhyun Kanq olub. Gümüş medala xorvatiyalı İvan Sapina, bürünc mükafatlara isə Artyom Plonis (Dünya Taekvondosu) və iranlı Arian Salimi sahib çıxıb.

Qadın taekvondoçulardan 49 kq-da fəxri kürsünün ən yüksək pilləsinə türkiyəli Merve Dincel qalxıb. O, finalda tailandlı Panipak Vongpattanakitini məğlub edib. 3-cü yeri xorvatiyalı Bruna Duvançiçi və ispaniyalı Adriana Serezo İqlesias tutublar.

Qeyd edək ki, bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.

Yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.


Teqlər:





Xəbər lenti