Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlanıb

   Şuşadakı basketbol turnirinə qatılacaq komandalar açıqlanıb
  02 İyun 2023    Oxunub:1127
Şuşada keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.

Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumınya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın "G FLOU" klubu və "Neftçi" komandası olacaq.

Qeyd edək ki, 12-13 iyunda Şuşadakı "Tut Bağında" keçiriləcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti