Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlib

   Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycana gəlib
  03 İyun 2023    Oxunub:1272
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Azərbaycana gəlib.
AzVision.az xəbər verir ki, BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək. Qonaqlar mundialın altıncı gününün bəzi döyüşlərinə “Kristal Zal”da baxacaq

Bax səfər çərçivəsində bir sıra görüşlərdə iştirak edəcək. Onun Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Bakıdakı dünya çempionatı Dünya Taekvondosunun 50 illik yubileyinə təsadüf edib.

AzVision.az


Teqlər:





Xəbər lenti