Ulduz futbolçu "Qalatasaray"a keçə bilər

Ulduz futbolçu "Qalatasaray"a keçə bilər
  03 İyun 2023    Oxunub:1201
“Yuventus”un futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər.
İtalyan insayder Nikolo Skiranın yaydığı məlumata görə, “Qalatasaray” Argentina millisinin üzvünün xidmətində maraqlıdır. 35 yaşlı vingerin Turin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. “Qoca sinyora” onunla yeni sözləşmə imzalamaq istəmir.

Portuqaliya çempionu “Benfika”da Di Mariyanı heyətində görmək istəyir.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm “Yuventus”da 39 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Di Mariya 2022-ci ildə Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

AzVision.az



Teqlər:





Xəbər lenti