“Queen”in musiqi kataloqu 1 milyard dollara satıla bilər

“Queen”in musiqi kataloqu 1 milyard dollara satıla bilər
  03 İyun 2023    Oxunub:1790
“Universal Music Group” səsyazma şirkəti əfsanəvi “Queen” qrupunun məşhur solisti Freddi Merkurinin keçən əsrin 70-80-cı illərində yazılmış mahnılarının hüquqlarını almaq üçün “Disney Music Group”la danışıqlar aparır.
Dünyaşöhrətli Britaniya rok qrupu “Queen”in yaradıcılığının əsas dövrünü əhatə edən musiqi kataloqunun bir hissəsi 1 milyard dollardan çox qiymətə satıla bilər.

Sövdələşmə yaxın aylarda reallaşacaq və onun dəyər ölçüsü musiqi industriyası üçün rekord olacaq. Rekord hazırda amerikalı müğənni və musiqiçi Bruce Springsteenə məxsusdur. O, mahnılarının tam kataloqunun hüquqlarını 2021-ci ildə “Sony” şirkətinin musiqi bölməsinə təxminən 500-550 milyon dollara satıb.

Musiqi dünyasının ulduzu Maykl Cekson daxil olmaqla, həmçinin əfsanəvi “The Beatles”, “Queen” qruplarının musiqi kataloqları potensial olaraq daha bahalıdır. 2018-ci ildə “Queen” rok qrupu və onun vokalisti Freddi Merkuridən bəhs edən "Bohemian Rhapsody" bədii filminin nümayişindən sonra rok ifaçının yaradıcılığına maraq xeyli artıb.

Qeyd edək ki, son illərdə bir çox dünyaşöhrətli rok musiqiçiləri öz musiqi irsi hüquqlarını 10 və 100 milyonlarla dollara satıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti