Yaşlı qadın evində yandı

Yaşlı qadın evində yandı
  12 Aprel 2013    Oxunub:1427
Masallı sakini olan 75 yaşlı qadın evində yanaraq ölüb.
Masallı şəhərində 1938-ci il təvəllüdlü Muxtarova Səkinə Əbil qızına məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

FHN-dən AzVision.az-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin cəsədi (yataq xəstəsi) yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti