Vətənpərvərlik mövzusunda yeni mahnı – SÖZLƏRİ

Vətənpərvərlik mövzusunda yeni mahnı – SÖZLƏRİ
  30 May 2014    Oxunub:14377
Tez-tez deyirik ki, Azərbaycan estradasında vətənpərvərlik mahnıları azdır. Amma xoşbəxtlikdən belə mahnılar yazılır.
Bir çox məşhur mahnıların sözlərinin müəllifi kimi tanınan şair Cəlal Qurbanov hazırda vətənpərvərlik mövzusunda yeni mahnı üzərində çalışır. Tezliklə mahnını məşhur müğənnilərdən birinin ifasında eşidəcəksiniz. Hələlik isə AzVision.az mahnının sözlərini oxucularına təqdim edir.

Qarabağım bizi səslər

Duysun dünya haqdan gələn səsimizi
İItirmişik neçə - neçə kəsimizi,
Körpəmizi, evimizi
Gündən-günə Qarabağdan qalxan səslər,
O günahsız körpələrin səsidir.

Ağır- ağır, yavaş- yavaş,
Şuşamızdan qalxan duman,
Anaların göyə qalxan naləsidir.
Orda çaxan ildırımlar,
Canım sənə fəda deyən,
Neçə -neçə, əsgərlərin gur səsidir.

Xocalıda uçan quşlar,
Güllələnmiş anaların laylasıdır,
Körpələrin nəğməsidir.

Qarabağda nalsız qalan o atların,
Dırnaqları qayalardan od qoparır.
O kimsəsiz agacların,
Budaqların yel qoparır,
Meyvəsini sel aparır.

O səslərdən damarlarda
Axan qanlar, coşub cağlar.
Bizi səslər Cıdır düzü,
Gen dərələr sıra dağlar

Ey Türk oğlu, orada səni səsləyən var,
Gözləyən var, sənə ümid bəsləyən var
Qalx ayağa, bi dəfəlik de sözünü,
Darda qalan Qarabağın,
Qoyma yolda sən gözünü!



Teqlər:  





Xəbər lenti