Kaxovka fəlakətində 7 nəfər itkin düşüb

"Hazırda biz itkin düşənlər haqqında məlumatlar toplayırıq. Lakin ehtimal edilir ki, bu insanlar da daşqın zonalarından, adalardan təxliyə ediliblər. Orada çobanlar var idi... Təxminən 7 nəfəri dəqiq bilirik", - mer deyib.
Leontievin sözlərinə görə, daşqın zonasında suyun səviyyəsi hələ də arzuolunmaz həddədir və operativ qərargahın nümayəndələri - Fövqəladə Hallar Nazirliyinin və şəhər administrasiyasının əməkdaşları zərərçəkənlərin axtarışını davam etdirirlər.
Tural Tağıyev
AzVision.az
Teqlər: SES