"Qarabağ" onunla yolları ayırdı

   "Qarabağ" onunla yolları ayırdı
  08 İyun 2023    Oxunub:1292
“Qarabağ”ın akademiya koordinatoru Tacettin Doğan klubdan ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağdam təmsilçinin mətbuat xidməti məlumat yayıb. T.Doğanın klubla müqavilə müddəti başa çatıb. "Qarabağ" Tacettin Doğana göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, türkiyəli tanınmış məşqçi Ziya Doğanın qardaşı olan Tacettin Doğan 2019-cu ildən "Qarabağ"da işləyirdi. O, klubda uşaq futboluna əsas cavabdeh şəxs idi.

AzVision.az


Teqlər: Qarabağ   klub  





Xəbər lenti