İstanbulda BMT, Aİ və Böyük Britaniya məsləhətləşmələri keçiriləcək

  İstanbulda BMT, Aİ və Böyük Britaniya məsləhətləşmələri keçiriləcək
  09 İyun 2023    Oxunub:759
Cümə günü İstanbulda BMT, bir sıra Aİ ölkələri və Böyük Britaniyanın iştirakı ilə regional məsləhətləşmələr keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün İstanbulda Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Aİ və BMT-nin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə regional məsləhətləşmələr keçiriləcək", - nazirliyin məlumatında bildirilir.

Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar təmsil edəcək. Regional və qlobal problemlərin müzakirəsi planlaşdırılır.

İclasda iştirak edənlərin adları açıqlanmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İstanbul  





Xəbər lenti