Növbəti ildən tələbələr dövlət imtahanı verməyəcək

   Növbəti ildən tələbələr dövlət imtahanı verməyəcək
  09 İyun 2023    Oxunub:3345
“2023-2024-cü tədris ilindən tələbələr dövlət imtahanı verməyəcək”.
AzVision.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu, 64 ixtisas üzrə 75 faiz tələbəni əhatə edəcək:

"Dövlət imtahanından azad olunma 2020-ci ildən sonra qəbul olanlara aiddir. Bu il yalnız 4 ixtisas üzrə ali təhsil müəssisələrini bitirənlərə dövlətin yekun attestasiyası şamil olunmayacaq. Bu, İT ixtisasları üzrə təxminən 2200 nəfəri əhatə edəcək.

Dövlət imtahanından azad olunanlar iqtisadiyyat və idarəetmə, hümanitar və sosial, səhiyyə, rifah və xidmət, baza tibb təhsili üzrə oxuyanlara aid olacaq.

Lakin texniki və texnoloji, mühəndislik, təbiət elmləri, mədəniyyət və incəsənət,eyni zamanda kənd təsərrüfatı ixtisaslarında dövlət imtahanı saxlanılıb".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil  





Xəbər lenti