Bakıda beynəlxalq atletika yarışına start verilib

Bakıda beynəlxalq atletika yarışına start verilib
  09 İyun 2023    Oxunub:1334
Bakıda Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq memorial start götürüb.
Federasiyadan AzVision.az -a verilən məlumata görə, açılış mərasimində çıxış edənlər mütəxəssisin ölkədə atletikanın inkişafındakı xidmətlərindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.

Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparırlər. Medallar uğrunda ümumilikdə 120 idmançı qüvvəsini sınayır.

Artıq yarışın ilk gününün qalibləri məlumdur.

100 metr məsafəyə qaçış
Kişilər
Mindia Endeladze (Gürcüstan)

Qadınlar
İlahə Quliyeva

400 metr məsafəyə qaçış
Kişilər
Oğuz Akgül (Türkiyə)

Qadınlar
Lamiyə Vəliyeva

1500 metr məsafəyə qaçış
Əmrah Nağıyev

Üç təkanla tullanma
Kişilər
Mesut Bülbül (Türkiyə)

Qadınlar
Gizem Akgöz (Türkiyə)

Nüvə itələmə
Kişilər
Nuh Polat (Türkiyə)

Qeyd edək ki, memorial Dünya Atletikasının qlobal təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.


Teqlər:





Xəbər lenti