İqlim istiləşməsində rekord

   İqlim istiləşməsində rekord
  10 İyun 2023    Oxunub:2279
Lids Universitetinin alimləri iqlim istiləşməsinin rekord göstəricisini qeydə alıblar. Belə ki, temperatur 2013–2022-ci illər ərzində 0,2 dərəcədən çox artıb.
Araşdırmanın nəticələri “Earth System Science Data” jurnalında dərc olunub. Dünyanın 50 aparıcı ekspertinin apardığı araşdırma göstərir ki, iqlimlə bağlı tədbirlərin tempi və miqyası qlobal istiləşmə ilə bağlı riskləri azaltmaq üçün yetərli deyil.

Son onillikdə karbon qazının (CO2) orta illik emissiyası bütün zamanların ən yüksək həddinə 54 milyard ton və ya onun digər qazlardakı ekvivalentinə – hər saniyə təxminən 1,7 min tona çatıb.

Bundan başqa, 2000-ci ildən bəri quruda temperaturun sürətlə artması müşahidə olunur. Son on ildə temperatur minilliyin birinci onilliyi ilə (1,22 dərəcə Selsi) müqayisədə yarım dərəcədən çox (sənayeləşmədən əvvəlki dövrdən 1,72 dərəcə yuxarı) yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti