"KamAZ şoferləri" tarixə qovuşur - Rusiyada pilotsuz maşınlar yollara buraxılır

      "KamAZ şoferləri" tarixə qovuşur -    Rusiyada pilotsuz maşınlar yollara buraxılır
  13 İyun 2023    Oxunub:3368
Rusiya ilk pilotsuz KamAZ-nı istifadəyə verir. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, pilotsuz yük maşınları iyunun 14-də Moskva vəə Sankt-Peterburq şəhərləri arasındakı M-11 "Neva" şossesi ilə yüklərin daşınması prosesinə başlayacaq.

“Honda” pilotsuz avtomobillərin satışına başlayır
Layihədə ən böyük daşıyıcı şirkətlər - REK, Globaltruck, Qazpromneft-Snabzhenie iştirak edəcək.

"M-11 "Neva" magistralında eksperimental proqram çərçivəsində pilotsuz (Avtoidarəetməylə-red.) şəkildə yüklərin çatdırılması sınaqdan keçirilir. Gələcəkdə digər federal magistral yollarda, xüsusən də M-12 "Moskva-Kazanda" pilotsuz yük daşımalarının həyata keçirilməsi planlaşdırılır", - məlumatda deyilir.

Xatırladaq ki, bir müddət öncə “Avtodor” dövlət şirkətinin idarə heyətinin sədri Vyaçeslav Petuşenko M-11 avtomobil yolunun artıq “ağıllı yol” kimi infrastruktura malik olduğunu emişdi. Qeyd edilirdi ki, bu yol hərəkətin avtomatlaşdırılmış idarəetmə sistemi (ATCS) ilə inşa edilib.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Pilotsuz   Avtomobil  





Xəbər lenti