Berluskoniyə görə stadionun adını dəyişəcəklər
Artıq Montsa şəhər şurası “Brianteo” stadionuna Silvio Berluskoninin adının verilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
“Onun adı əbədi olaraq bizim şəhərlə bağlı olacaq, çünki Berluskoninin rəhbərliyi altında “Montsa” tarixi nailiyyət əldə edib, İtaliya çempionatının yüksək divizionuna yüksəlib”, - deyə şəhər rəhbərliyinin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni ötən gün 87 yaşında Milan şəhərində yerləşən xəstəxanalardan birində vəfat edib.
AzVision.az
Teqlər: Stadion