Azərbaycanı III Avropa Oyunlarında 86 idmançı təmsil edəcək

Azərbaycanı III Avropa Oyunlarında 86 idmançı təmsil edəcək
  14 İyun 2023    Oxunub:1089
Azərbaycan idmançıları III Avropa Oyunlarına iyunun 20-də yola düşəcəklər
AzVision.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yarışla bağlı təşkil olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan yarışda 13 idman növündə - oxatma (1 nəfər, Krakov şəhəri); badminton (4 nəfər, Tarnow şəhəri); çimərlik futbolu (12 nəfər, Tarnow şəhəri); boks (12 nəfər, Novı Tarq şəhəri); qılıncoynatma (12 nəfər, Krakov şəhəri); cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri); karate (8 nəfər, Bielsko-Biala şəhəri); muay-tay (4 nəfər, Myślenice şəhəri); kikboksinq (2 nəfər, Krakov şəhəri); padel (2 nəfər, Krakov şəhəri); atıcılıq (10 nəfər, Vroslav şəhəri); taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri); triatlon (1 nəfər, Krakov şəhəri) üzrə ümumilikdə 86 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, iyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Oyunlar müxtəlif növlər üzrə Polşanın 8 ayrı şəhərində keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti