Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar - SİYAHI

   Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar -    SİYAHI
  14 İyun 2023    Oxunub:1121
İyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Mötəbər idman turnirinin yarışları Polşanın 8 şəhərində keçiriləcək.
Azərbaycan III Avropa Oyunlarında 86 idmançı ilə təmsil olunacaq. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda mübarizə aparacaqlar.

III Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançıların siyahısını təqdim edirik:

Atıcılıq - Ruslan Lunyov, Nigar Nəsirova, Nurlana Cəfərova, Regina Meftahətdinova, Sevda Nəcəfova, Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rəfixanova, Nərminə Səmədova, Nərmin Abbaslı;

Badminton - Edi Reski Dviçayo, Ezmi Qovimuramadhoni, Keyşa Fatimə Zəhra, Era Məftuha;

Boks - Məsud Yusifzadə, Ümid Rüstəmov, Malik Həsənov, Sərxan Əliyev, Murad Allahverdiyev, Loren Berto Alfonso Domingez, Məhəmməd Abdullayev, Anaxanım İsmayılova, Zeynəb Rəhimova, Məhsəti Həmzəyeva-Ağamalıyeva, Şəhla Allahverdiyeva, Aynur Rzayeva;

Cüdo - Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev, Elcan Hacıyev, Vüqar Talıbov, Camal Həmzətxanov, İmran Yusifov, Fidan Əlizadə, Südabə Ağayeva, Günel Həsənli, Nərmin Əmirli, Nigar Süleymanova;

Çimərlik futbolu - Vaqif Şirinbəyov, Elşad Manafov, Orxan Məmmədov, Elçin Qasımov, Amid Nəzərov, Ramil Əliyev, Sabir Allahquliyev, Cömərd Baxşəliyev, Kamil Hüseynov, İsa Zeynallı, Fuad Hüseynov, Kamran Qürbətov;

Kamandan oxatma - Yaylagül Ramazanova;

Karate - Əminağa Quliyev, Tural Ağalarzadə, Fərid Ağayev, Asiman Qurbanlı, Fidan Teymurova, Mədinə Sadıqova, İrina Zaretska, Fəridə Əliyeva;

Kikboksinq - Elşad Şahbazov, Fərid Ağamoğlanov;

Qılıncoynatma - Anna Başta, Valeriya Bolşakova, Polina Kaspiaroviç, Səbinə Kərimova, Saleh Məmmədov, Murad Əkbərov, Maksud Hüseynli, Ayxan Xasıyev, Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyev;

Muay-tay - Emiliya Rzayeva, Məhəbbət Hümbətov, Xəyal Əliyev, Aysun Dərvişova;

Padel - Nərminə Bağırova, Samirə Əliyeva;

Taekvondo - Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova, Fəridə Əzizova;

Triatlon - Rostislav Pevtsov.

Azərbaycan nümayəndə heyəti iyunun 20-də çarter reysi ilə Polşaya yola düşəcək, iyulun 3-də isə Vətənə qayıdacaq.

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci Avropa Oyunları isə 2019-cu ildə Belarusun Minsk şəhərində keçirilib. Azərbaycan 285 idmançı ilə təmsil olunduğu ilk oyunlarda 56 medal qazanıb. İkinci Avropa Oyunlarına 82 idmançı ilə qatılan Azərbaycan milli komandası aktivinə 28 medal yazdırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti